Pakistan mətbuatı Azərbaycandan yazdı
29 May 2014 17:24 Siyasət28 May Respublika Günü münasibəti ilə İslamabadda keçirilmiş təntənəli mərasim Pakistan mediasında geniş işıqlandırılıb. "OLAYLAR"-ın Pakistandakı Azərbaycan səfirliyinə istinadən verdiyi xəbərə görə, ölkənin nüfuzlu qəzetlərindən olan "Pakistan Observer", "The News", "Daily Times" və "The Nation" qəzetlərində tədbir haqqında məqalələr dərc edilib, PTV, VAKT TV, SUCH TV yerli televizya kanallarında reportajlar göstərilib. mişdir. Bildirilib ki, Azərbaycandan gəlmiş muğam ustalarının tədbirdə Azərbaycan musiqi kompozisiyalarının ifaları isə tədbirə xüsusi rəngarənglik verib, çoxsaylı qonaqları olduqca məmnun edib Xüsusilə, Pakistanın bir sıra əhəmiyyətli nazirlərinin və dövlət xadimlərinin mərasimə qatılması qəzetlərdə Pakistanın qardaş Azərbaycana göstərmiş olduğu diqqətin bariz nümunəsi kimi qiymətləndirilib. Bütün bunlarla yanaşı, Respublika günü ərəfəsində Pakistanın nüfuzlu ingilis dilli "Pakistan Observer" və "Pakistan in the world "qəzetlərində səfir Daşqın Şikarovun "Müsəlman Dünyasında ilk Demokratik Respublika" adlı məqaləsi, həmçinin ingilis, urdu və ərəb dilli "Diplomatic İnsight" jurnalında respublika Günü ilə bağlı müraciəti, "Metro Watch" qəzetinin Azərbaycana həsr edilmiş xüsusi buraxılışı dərc edilib.