ATXƏM Respublika Gününü qeyd edib

28 May-Respublika Günü münasibətilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tədbir keçirib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni Respublika gününün əhəmiyyətindən söz açıb. ATXƏM-in sədri İlham İsmayılov isə Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk tolerantlıq və demokratiya nümunəsi olduğunu bildirib. İlham İsmayılov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunduqdan sonra çoxlu problemlər yaranmışdı. "Ermənilər Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində xalqımıza qarşı soyqırımlar törədirdilər. Belə bir vaxtda xilaskar rolunda Nuru paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusu bu soyqırımların qarşısını alaraq, Cümhuriyyətin möhkəmlənməsində əvəzsiz rol oynadı". Tədbirdə çıxış edən gənclər təşkilatlarının rəhbərləri minlərlə şəhid qanı bahasına əldə etdiyimiz Azərbaycan Respublikasını göz bəbəyi kimi qorunması üçün hər zaman hazır olduqlarını bildiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00