Sabir Rüstəmxanlı: “Onların getməsində əlim yoxdur”

 Dünya Azərbaycanlı Konqresinin həmsdəri Sabir Rüstəmxanlı qurumun keçiriləcək qurultayı ilə bağlı müraciət yayıb. S.Rüstəmxanlı keçiriləcək bu dəfə keçiriləcək qurultay öncəsi qurum ətrafında bir sıra proseslərin baş verdiyini  diqqətə çatdırıb: "DAK-ın növbəti qurultayına hazırlaşırıq, lakin o da məlumdur ki, təkcə qurultay çağırmaqla iş bitmir. Son illərin təcrübəsi göstərir ki, biz yüzlərlə adamın iştirakı ilə ən yüksək səviyyədə qurultay keçirsək də, kənarda az sayda insanların DAK adı ilə fəaliyyət göstərməsi qurumun işinə mənfi təsir göstərir, onun nüfuzuna zərbə vurur. Son illərdə dəfələrlə belə hallarla üzləşmişik. Bu bəyanatdan məqsəd heç də həmin hadisələri yenidən təhlil etmək, kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək deyil, günah var - yoxdur, bunu bir qırağa qoyaraq fəaliyyət prinsiplərimizi müəyyənləşdirməkdir. Hər halda DAK-ın quruculuğunda iştirak etmiş, onun formalaşmasında fəallıq göstərmiş hər hansı şəxsin müəyyən səbəblər üzündən bu qurumdan uzaqlaşması başa düşüləndir, ancaq onların öz doğma təşkillatlarını bölərək alternativ qrup yaratmaq cəhdi anlaşılan deyil və DAK-ın işinə ciddi zərbə vurur". Sabir Rüstəmxanlı DAK-ın sıralarından müəyyən adamların inciyib getməsində heç vaxt iştirak etmədiyini bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00