Ukraynada Azərbaycanla bağlı müzakirələr aparılıb

 Mayın 29-da Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov ABŞ-ın bu ölkədəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Aleks Kasanofla görüşüb. Görüş zamanı Ukraynadakı siyasi vəziyyət, Rusiyanın Ukraynaya qarşı təxribatları və ölkənin Şərqindəki situasiya barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin GUAM ölkələrində demokratiyanın vəziyyəti, insan hüquqları ilə bağlı məsələlər barədə müzakirə aparılıb. Aleks Kasanof son zamanlar Azərbaycanda demokratiyanın və insan hüquqlarının durumu barədə fikir səsləndirib. Görüş iştirakçıları Moldova və Gürcüstanda ictimai-siyasi durumu və insan hüquqlarının vəziyyətinə diqqət yetiriblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00