“Moskvanın planında MDB-dən kənar dövlətlər var” - AÇIQLAMA

Elxan Mehdiyev: “Qurumun hansı ölçüdə olmasını və ora hansı ölkələrin daxil olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir”

Sülh və Münaqişələrin həlli Mərkəzinin direktoru Elxan Mehdiyev Avrasiya İttifaqına dair Belarus, Qazaxıstan və Rusiya arasında imzalanan anlaşmaya münasibət bildirib. E.Mehdiyev qeyd edib ki, Astanada bu işin əsası qoyulub. Politoloqun sözlərinə görə, Putin Avrasiya İttifaqını yaratmaqla SSRİ-ni bərpa etmək yox, keçmiş sovet respublikaları arasında inteqrasiyanı gücləndirməyi hədəfə alıb. Elxan Mehdiyev hesab edir ki, Qazaxıstan və Belarusdan sonra quruma üzv olmaq üçün ən real namizəd Ermənistandır: "Rusiya bundan sonra digər ölkələrdə qurumdan təzyiq vasitəsi kimi istifadə edə bilər. Moskva təkcə MDB məkanında olan ölkələri yox, ondan kənarda olan dövlətləri də Avrasiya İttifaqına qatmaq fikrindədir. Lakin həmin qurumun hansı ölçüdə olmasını və ora hansı ölkələrin daxil olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00