Çexiya universitetində Qarabağ güşəsi açılıb

Beynəlxalq Diaspor Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşəsi yaratıb. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, guşə Texnoloji Universitetin mərkəzi kitabxanasında yerləşdirilib. Guşənin kitabxanada daimi qalmasıyla bağlı universitetin rəhbərliyi BDM-ə bununla bağlı məktub verərək qərarı rəsmiləşdirib. Bu məqsədlə keçirilən tədbirdə azərbaycanlı iş adamları Naqif Fəzizadə, Mübariz Ağayev, Qasım Fəzizadə, çex ictimaiyyətinin nümayəndələri, universitetin müəllim və tələbə heyəti, QHT və KİV nümayəndələri iştirak edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00