Britaniyalı parlamentar: “Ümid edirik ki, Minsk Qrupunun təklifləri Ermənistan tərəfindən də qəbul olunacaq”
27 May 2014 17:31 Siyasət"Biz Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik". Bunu Bakıda səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pincer APA-ya açıqlamasında deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı təkliflərinin Azərbaycan tərəfindən qəbul edilməsi onları məmnun edir: "Ümid edirik ki, bu təkliflər Ermənistan tərəfindən də qəbul olunacaq. Bu dəhşətli münaqişə silahla davam etməməli, sülh yolu ilə həll olunmalıdır. Çünki silahlı münaqişə insanlar və cəmiyyətlər üçün təhlükəlidir. Oradan olan insanlar artıq uzun illərdir ki, öz evlərindən uzaq düşüblər. Biz bu qaçqın və köçkünlərin öz evlərinə dönmələrini istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00