Yeni Avropa Parlamenti regionun gələcək siyasi taleyinə necə təsir göstərəcək?
27 May 2014 17:27 SiyasətBu günlərdə Avropa Parlamentinə keçirilən seçkilər regionun əsas diqqət mərkəzinə çevrilən bir seçki oldu. Nəticələrə görə, bu dəfəki seçkilərdə millətçilər üstünlük əldə edərək Avropa Parlamentində çoxluq qazandılar. Bəs görəsən millətçilərin Avropa Parlamentindəki üstünlüyü regionun gələcək siyasi taleyinə necə təsir göstərəcək? Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyir ki, 25 mayda Avropa Parlamentinə keçirilən seckilərin nəticələri bundan əvvəlki seçkilərin nəticələrindən az fərqlidir: "İlkin nəticələrə görə sağ mərkəzçilərin fraksiyası olan Avropa Xalq Partiyası təxminən 28 faizlə birinci, sosial demokratlar 24 faizlə ikinci, liberal demokratlar alyansı isə 9 faizlə üçüncüdür. Bu üç partiya ənənəvi olaraq Avropa parlamentinə nəzarət edən partiyalar olublar. Nəticələrdən də görünür ki , əvvəlki seçkilərlə müqayisədə bu istiqamətdə heç nə dəyişməyib. Dəyişən o olub ki, Avropa parlamentində indiyə qədər olan çox cüzi millətçilərin və avrospektiklərin sayında müəyyən artım yaranıb. Avropa Parlamentinə Fransada keçirilən seçkilərdə Marin Le Penin rəhbərlik etdiyi Millətci Cəbhənin 25 faiz, Böyük Britaniyada isə Müstəqillik Partiyasının 30 faiz səs toplaması həmin artımın yaranmasına səbəb olub. Bu partiyaların öz ölkələrində belə faizlər qazanacağı əvvəlcədən gözlənilirdi. Belə ki, hər iki ölkədə bu partiyalar seçki kompaniyalarını emiqrantlar əleyhinə təbliğatla başlamışdılar ki, bu da həmin ölkələrdə yerli əhalinin müəyyən hissəsinin dəstəyinə gətirib çıxarmışdı. Böyük Britaniyanın Mütəqillik Partiyası həm də ölkəsinin Avropa Birliyindən çıxması ideyasını irəli sürən bir partiyadır. Ona görə də buna millətçilərin qələbəsi yox, Avropa Parlamentində saylarının artması desək daha doğru olar. Ümumiyyətlə Avropa Parlementində 751 deputat var ki, bunların içində ultra sağların və millətcilərin sayı elə də böyük deyil. Amma nəzərə alsaq ki, bu millətçilərin əksəriyyəti Fransa və Böyük Britaniyanı təmsil edirlər və həmin dövlətlər Avropa Birliyində böyük çəkiyə malikdirlər, o zaman bu azlığın plenar sessiyalarda qızğın çıxışlarının şahidi olacağıq. Ümumilikdə isə Avropa İttifaqının müəyyənləşdirdiyi kursun davamlı olacağını düşünürəm". AMİP rəsmisi bu partiyanın əməkdaşlıq etdiyi Avropa Xalq Partiyasının AP-dəki mövqeyi və gələcək əməkdaşlıq məsələlərinə də toxunub: "Mütəxəssislər Avropa Xalq Partiyasının seçkilərdən sonra parlamentin ən böyük fraksiyası olmayacaqlarını bildirirdilər.Amma nəticə göstərdi ki, müəyyən deputat yerlərini itirmələrinə baxmayaraq AXP hələ də ən böyük fraksiya olaraq qalır: Bu o deməkdir ki, sağ mərkəzlər Avropada hələ də ğüclüdürlər. Sözsüz ki, bu parlament tərkibinə görə əvvəlki parlamentdən müəyyən dərəcədə fərqli parlament olacaq .Amma Avroparlamentin əvvəlki siyasətində ciddi olaraq nəyinsə dəyişəcəyinə inanmıram. Baxmayaraq ki, bu dəfə parlamentə Rusiya ilə münasibətləri normallaşdırmaq istəyən onlara qarşı iqtisadi sanksiyarın tətbiqinin əleyhinə olan qüvvələr də seçilib, amma dediyim kimi onların bu proseslərə təsir imkanları o qədər də böyük deyil. Eyni zamanda parlamentdə milətçilərin sayının əvvəlkilərə nisbətən artdığını nəzərə alsaq aralarında olan fikir ayrılığına baxmayaraq AXP ikinci böyük fraksiya olan sosial demokratlarla da müəyyən məsələlərdə uzlaşma əldə edə bilər". Elşən Mustafayevin qənaətincə, Fransa və böyük Britaniyada Avropa Parlamentinə keçən seçkilərdə millətçilər qələbəsinin və klassik partiyaların az səs almasının sözsüz ki, səbəbləri var: "Fransada Fransua Ollandın hakimiyyətə gəlməsindən sonra bu prosesin olacağı gözlənilən idi. Sarkozinin başçılığı ilə sağ mərkəzlər məğlub olandan sonra Fransa cəmiyyətinin böyük bir hissəsi ümid edirdi ki. yeni hakimiyyət emiqrasiya siyasətində ciddi dəyişiklik edəcək. Həmçinin hiss ediləcək dərəcədə iqtisadi artım olacaq və s. Əvəzində isə xalq Ollandın cinsi azlıqların hüquqları ilə bağlı çox mübahisəli qərarlarının və insanları qane etməyən digər addımlarının şahidi oldu . Ultra millətçi qanad bundan uğurla istifadə edərək təbliğatını qurdu və nəticə də göz qabağındadır. Böyük Britaniyada da təxminən eyni səbəblər. Onlar bu məsələrdə daha da qabağa gedərək Avropa Birliyinin Şərqə doğru genişlənməsinin əleyhdarları kimi çıxış edirlər. Onlar deyerlər ki, məsələn, Rumuniyada maaş Britaniyadan dan 9 dəfə azdır.Amma onlar AB üzvü olduğu üçün bu ərazidə sərbəst yerdəyişmə imkanına malikdirlər və bundan istifadə edərək çoxlu sayda Britaniyaya miqrasiya edirlər.Bu partiya ümümiyyətlə keçmiş sosialist ölkəri olan Şərqi Avropa dövlətlərinin Avropa Birliyində olmasının əleynə çıxış edirlər. Bu cü mövqe xalqın millətçi kəsimini fəallaşdırır və bu fəallıq da seçkilərdə xüsusi pol oynayır".
Süleyman İsmayılbəyli