Ukrayna dövlət televiziya kanalında "Hökmdarın taleyi" filmi nümayiş olunacaq
27 May 2014 16:47 SiyasətMayın 28-də "Perşiy" Ukrayna Dövlət televiziya kanalında "Hökmdarın taleyi" filmi Ukrayna dilində efirə veriləcək. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə grə, film səfirliyin təşkilatçılığı ilə Ukrayna dilinə dublyaj edilib. "Hökmdarın taleyi filmi" hökmdarın siyasi meydanda tənhalığı barədədir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahim Xəlil xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulub.a
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00