Krım Xalq Məclisinin sabiq sədri Azərbaycan səfirliyində olub
27 May 2014 16:36 SiyasətKrım tatar xalqı Məclisinin sabiq sədri (1991-2013), Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilov Azərbaycan Səfirliyində olub, səfir Eynulla Mədətli ilə görüşüb. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Krım tatarlarının hazırkı durumu, öz doğma torpaqlarından məcburi şəkildə köçkün düşmüş həmvətənlərinin vəziyyəti, eyni zamanda Krım tatar gənc tələbələrinin Azərbaycanın təhsil müəssisələrində təhsil almaq imkanları müzakirə edilib. Səfir Azərbaycanın Krım məsələsində mövqeyini, BMT Baş Assambleyasının iclasında Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini xatırladıb, bundan sonra da Krım tatarlarının üzləşdiyi problemlərlə əlaqədar mümkün olan əməkdaşlıq göstərəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00