Azərbaycan-Türkiyə münasibətlərindən danışıldı

Türkiyəinin Kocaeli bələdiyyəsinin ənənəvi olaraq hər il təşkil etdiyi kitab sərgisində bu dəfə Türkiyə-Azərbaycan münasibətlərindən danışılıb. "OLAYLAR"-ın xəbərinə görə, ölkənin ən böyük kitab sərgisinin açılışında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri, jurnalist və yazıçı Bilal Dündar iki ölkənin münasibətləri və Azərbaycan torpaqlarının 20 faizinin işğalı altında olması barədə auditoriyaya məlumat verib. Bilal Dündar həmçinin deyib ki, Azərbaycan torpaqlarını geri qaytarmaq hər iki millətin qürur məsələsidir. Qondarma erməni soyqırımı məsələsinin 1963-64-cü illərdə gündəmə gəlməsinə diqqət çəkən Bilal Dündar bildirib ki, 1915-ci ildə fransızlar tərəfindən silahlandırılaraq uniforma verilən, şərqdə isə "böyük Ermənistan" xəyalları ilə Rusiya tərəfindən silahlandırılan ermənilər kəndlərə hücum edərək təkcə Qars, Ağrı və Ərzurumda 110 min  insanı qətlə yetiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00