Qarabağ problemi İsveçrədə müzakirə edildi

 İsveçrənin paytaxtı Berndə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, görüş hazırda ATƏT-ə sədrlik edən İsveçrə Xarici İşlər Nazirliyi ilə Beynəlxaq Sülh İnstitutunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan və Ermənistan nümayəndə heyəti ilə yanaşı münaqişənin həllində vasitəçilik edən əksər beynəlxalq təşkilatlar da iştirak edib. Müzakirələrdə Azərbaycanı Azərbaycan Diplomatiya Akademiyası (ADA) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00