Əskişəhərdə Respublika Günü

Türkiyənin Əskişəhər Azərbaycanlılar Dərnəyi Azərbaycan Demokratik Respublikasının 96-cı ildönümü münasibətilə  rəssam Nazlı Bacaranın əsərlərindən ibarət "Azərbaycan" mövzusunda  rəsm sərgisi və proqram təşkil edib. DİDK-dən "OLAYLAR"-a daxil olan məlumata görə, Türk-islam dünyasının ilk Respublikası olan Azərbaycan Demokratik Cümhuriyyətinin 96-cı ildönümü ilə əlaqədar keçirilən rəssam Nazlı Bacaranın əsərlərinin sərgisi iki gün davam edib. Sərginin açılışına Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri, Vali müavini Rza Dalan, incəsənət adamları, Azərbaycan diasporunun təmsilçiləri qatılıb. Respublika Günü münasibəti ilə təşkil edilən proqram isə Yunus Emre Mədəniyyət və Sənət Mərkəzində baş tutub. Proqram Soma şəhidləri və Türk dünyası şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan dövlət himninin oxunması ilə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00