ADP hakimiyyətin mövqeyini təqdir edir

Azərbaycan hakimiyyətinin vizası olmadan səfər edən xarici dövlət nümayəndələri arzuolunmaz şəxsə çevrilsin

 Azərbaycan Demokrat Partiyasının  İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti Azərbaycan hakimiyyətinin vizası olmadan Dağlıq Qarabağa səfər edən xarici dövlət nümayəndələrinin Azərbaycan üçün arzuolunmaz şəxsə çevrilməsi ilə bağlı verdiyi bəyanatları təqdir edib, eyni zamanda bu cür tədbirlərin Azərbaycan ərazisinə qanunsuz daxil olmanın qarşısınının alınmasında yetərli olmadığını qeyd edib. Partiya hakimiyyəti bu istiqamətdə effektli diplomatik və önləyici addımlar atmağa çağırıb. İdarə Heyətin ölkə başçısı İ.Əliyevin Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında iştirakını və bu tədbirdə ölkəmizin Şanxay ölkələri ilə qarşılıqlı iqtisadi, mədəni əməkdaşlığının əsas prioritetləri ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu bildirib, eyni zamanda bu cür görüşlərin iqtisadi əlaqələrdən kənara çıxmayacağına və Azərbaycanın Şanxay İttifaqı adlanan siyasi birliyə inteqrasiya olunmacağına əmin olduqlarını ifadə edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00