Tələbələr Respublika Gününü qeyd etdi
26 May 2014 19:34 Siyasət"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, universitetin prorektoru Nazim Cəfərli məruzə ilə çıxış edərək 1918-ci ildə Azərbaycan Respublikasının yaradılmasından, fəaliyyətindən, o dövrdə baş verən siyasi proseslərdən Azərbaycanın yenidən müstəqillik əldə etməsindən və bu proseslərdə ümummilli lider Heydər Əliyevin rolundan söz açıb. Daha sonra "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk Respublika qurluşlu dövlət olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da Azərbaycanın Dövlətçilik tarixində xüsusi yeri olduğunu və hər bir Azərbaycanlının fəxr edəcəyi tarix olduğunu tədbir iştirakçların diqqətinə çatdırdı.