“Ukrayna sınaqdan uğurla çıxdı” - AÇIQLAMA

Nurəddin Məmmədli: “Rusiyanın paxıllığı özünə qalacaq”

AXCP sədrinin müavini Nurəddin Məmmədli Ukraynada keçirilən prezident seçkisinə münasibət bildirib. N.Məmmədli Ukrayna xalqının seçki sınağından uğurla çıxdığını qeyd edib. Partiya rəsmisi hesab edir ki, ukraynalılar tarixinin ən dramatik dönəmində iradəsini ortaya qoyub seçimini etdi: "Bir çoxları ukraynalıların Qərbə inteqrasiya istəklərini avantüra, başqaları reallığa söykənməyən təxribat kimi dəyərləndirdi. Mən olduqca nikbinəm. Əgər bu toplum mənim az-çox tanıdığım Ukrayna xalqıdırsa, ərazisinin bütövlüyünü bərpa edəcək, demokratik cəmiyyət quruculuğunda uğurlar qazanacaq, iqtisadi çətinlikləri arxada qoyacaq. Çünki, xalq bir şeyi bütün varlığı ilə istəyirsə, həmin şey olmaya bilməz. Rusiyanın paxıllığı özünə qalacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00