AMİP Ukraynadakı seçkiləri xalqın qələbəsi kimi dəyərləndirir

Azərbaycan Milli İstiqlal Partiyası Ukraynada baş tutmuş prezident seçkilərini Ukrayna xalqının qələbəsi kimi dəyərləndirir və bu münasibətlə Ukrayna xalqını təbrik edir. ("OLAYLAR") Eyni zamanda AMİP bəyan edir ki, bəzi reqionlarda  süni şəkildə yaradılmış problemlərin, ölkənin bütövlüyünü təhdid edən silahlı separatçı qüvvələrin olmasına baxmayaraq Ukrayna xalqı öz dövlətlərinə olan sevgilərini ortaya qoyaraq  mövqe nümayiş etdirdi və bununla da Ukraynanın bütövlüyünü təhdid edə qüvvələrə layiqli  dərs verdi. AMİP ümİd edir ki, yeni seçilmiş prezident ilk növbədə ölkənin ərazi bütövlüyünə olan təhlükələri xalqın iradəsi ilə qısa müddətdə ardan qaldıracaq və dövləti layiq olduuğu iqtisadi inkişafa aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00