“Poroşenko devriləcək” - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Sözdə “Maydan” hərəkatını oliqarx qruplara qarşı etiraz kimi qələmə verdilər”
26 May 2014 14:22 SiyasətPolitoloq Zərdüşt Əlizadə Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko barədə danışıb. Z.Əlizadə bildirib ki, P.Poroşenko da oliqarx zümrəsinə aiddir. Politoloq hesab edir ki, 20 il ərzində Ukrayna iqtisadiyyatının qəsb etmiş adamlardan biridir. Onların sayının 15 nəfər olduğunu deyən Zərdüşt Əlizadənin sözlərinə görə, əksəriyyəti yəhudi millətindəndirlər: "Ən tanınmışları Vaysmandır. Poroşenkonun bir sıra sahələrdə böyük mülkiyyəti var. "Roşen" şirniyyatı şirkəti Poroşenkonun mülkiyyət imperiyasının üzdə olan kiçik hissələrindən biridir. Onun digər sahələrdə də kifayət qədər mülkləri var. Ukraynada məşhur olan 5-ci kanalın da sahibi Poroşenkodur. İndi Poroşenko qalib gəlib. O, nə edə bilər? "Maydan" nə üçün baş vermişdi? Ona görə baş vermişdi ki, bir qrup oliqarx hakimiyyətdə olan digər oliqarx qrupu devirsin. Məqsədlərinə çatdılar. Yanukoviçin arxasında duran qrupu müxalif oliqarx qrup devirdi. Sözdə "Maydan" hərəkatını oliqarx qruplara qarşı etiraz kimi qələmə verdilər. Bu hadisə nəticəsində hakimiyyətə digər qrup oliqarxlar gəldilər. Onların məqsədi yalnız şəxsi mənfəətlərini təmin etməkdir. Poroşenkonun prezident seçilməsi də eyni qəbildəndir. Lakin Pyotr hakimiyyətə çox naqolay bir vaxtda gəlib. Çünki Ukrayna indi dərin iqtisadi böhran içərisindədir. Siyasi proseslərdə də gərginlik içərisində cərəyan edir. Ölkənin Cənub-şərq hissəsi hökumətdən təkidlə dövlətin federallaşmasını tələb edir. Bu isə o deməkdir ki, Ukraynanın bölgəsindən toplanan gəlirlər həmin regionların öz büdcələrində qalacaq. Ona görə də büdcə gəlirlərinin azalması Poroşenko üçün də o qədər əhəmiyyət kəsb etməyəcək. Yeni prezident də elan edir ki, regionlarda anti-terror əməliyyatlarına davam edəcəklər. Poroşenko pullarını itirmək istəməyəcək. Bu da Rusiyanın Cənub-şərq bölgələrinə silahlı yardım göstərməsinə şərait yaradacaq. Poroşenko seçim qarşısında qalacaq. Əgər ölkənin federallaşmasına razılaşsa, Qərbi Ukrayna ona qarşı yeni "Maydan" təşkil edib devirəcəklər. Qəbul etməsə, Rusiya Ukraynada qanlı çaxnaşmalara cəlb olunacaq. Bu da ona verilmiş etibar mandatının vaxtını bitirəcək. Ukrayna yeni Konstitusiyaya keçməlidir. Yeni qərarlara əsasən prezidentin səlahiyyətləri azaldılaraq baş nazirə verilir. Bu baş nazir postu da yəqin ki, Yuliya Timoşenkoya veriləcək". ("OLAYLAR" İA)