Azərbaycan ordusunda erməni əsilli zabit? – Müdafiə Nazirliyindən AÇIQLAMA

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə mnasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar. 

"KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00