“Başqanlıqdan getsə, 9000000-dan 3-ü İsa Qəmbərə “salam” verməz” - AÇIQLAMA

Elşən Musayev: “2009-cu il referendum, 2013-cü il prezident seçkilərindən qabaq başqan insanlara “demokratiya dərsi” keçirdi”

"Müsavatın qurultay məsələsi İsa Qəmbərin şəxsi təşəbbüsü ilə gündəmə gətirilib. Halbuki bu partiyanın daxili nizamnamasəsinə əsaslanan reqlamentdi" - Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavatın qurultayından sonra İsa Qəmbərin başqanlıqdan istefa verəcəyi ilə əlaqədar yayılan məlumatlara münasibət bildirərkən belə deyib. E.Musayev qeyd edib ki, bzi müxalifət partiyaları daxilində baş verən proseslər həmin qurumların qanunvericliyi yox, sədrlərinin şəxsi təşəbbüsləri əsasında həyata keçirilir. E.Musayev hesab edir ki, AXCP sədri Əli Kərmli özünü ömürlük partiya sədri elan edib. İsa Qəmbərin də başqanlıqdan getmək niyyətindən uzaq olduğunu deyən Elşən Musayevin sözlərinə görə, 2009-cu il referendum, 2013-cü il prezident seçkilərindən qabaq başqan insanlara "demokratiya dərsi" keçirdi: "Başqan əslində qanunvericlik əsasında tənzimlənən seçkilərə "antidemokratiya" damğası vurdu. Bildirdi ki, "mən sizə göstərəcəm demokratiya nədir". Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, İsa Qəmbər öz postunu heç kəsə güzəştə getmək istəmir. Həmin illər ərzində bir çox müxalifət liderləri boğazdan yuxarı vədlər veriblər. Müsavatın keçirməli qurultay öncəsi də İsa Qəmbərin başqanlıqdan gedəcəyilə əlaqədar yayılan məlumatlar da həmin söz davasının tərkib hissəsidir. O, 2015-ci ilin parlament seçkilərinə qədər başqanlıq postunu qoruyacaq. İsa Qəmbərin dərdi hakimiyyətə gəlmək deyil, müxalifəti monopoliyada saxlamaqdır. Başqanlıqda qalmaq bunun üçün yeganə elementdir. Əgər o, sədrlikdən getsə, 9 milyondan 3 nəfəri İsa Qəmbərə salam verməz. Artıq Müsavat Partiyasının qurultay məsələsi lətifəyə çevrilib. Qurultaydan sonra partiya başqanın dəyişdirilməsi gülüş doğrur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00