Respublika Günü ilə bağlı konfrans keçiriləcək

Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə 28 may-Respublika Günü ilə əlaqədar tədbir keçiriləcək. TUMİB-dən "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-ci ildönümü münasibətilə keçiriləcək konfransda universitetin müəllim və tələbə heyəti, gənclər təşkilatlarının rəhbrələri iştirak edəcək. Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, müasir Azərbaycan dövlətinin AXC-nin hüquqi varisi kimi bu günükü vəziyyəti və s. istiqamətlərdə. Çıxışlar olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00