Ermənistan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əlaqələrin yaradılmasından imtina edir”
23 May 2014 12:53 Siyasət"Azərbaycan və Ermənistan bir-birinə çox yaxın ölkələrdir. Realist şəkildə yanaşsaq bu yaxınlığın olması mühim əhəmiyyət kəsb edir. Bu nüans imkan verir ki, yavaş-yavaş münaqişənin çıxış yolu tapılsın və ümumiyyətlə problemin həlli yolu müəyyən edilsin. Ermənistan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əlaqlərin yaradılmasından imtina edir. Biz hamımız qəbul etməliyik ki, hətta dünya dəyişməyə başlasa da prinsiplər qorunub saxlanılmalıdır". Bunu xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bakıda keçirilən Daimi Komitəsinin iclasında parlamentarilərin suallarını cavablandıran zaman deyib.
Nazir həmçinin qeyd edib ki, BMT və Helsinkidə qəbul olunan prinsiplər dəyişdirilməməli və hamı eyni nöqtədən çıxış etməlidir. "İnsanlar arasında məlumatlılığın artırılması, şüurun inkişaf etdirilməsi məsələlərinə dəstək gözləyirik. Bu birtərəfli proses deyil. Bu hərtərəfli və mürəkkəb yanaşmadır. Ən vacib elementlər prinsiplərə və görüşlərə sadiq qalmaqdır. Bütövlükdə məsələnin həlli üçün prinsiplərə sadiq qalmalıyıq". "OLAYLAR"