“Azərbaycanın ərazi bütövlüyünün pozulması Avropa Birliyinin dəyərlərinə təhdiddir”
23 May 2014 12:46 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bakıda keçirilən Daimi Komitəsinin iclasında AŞ PA sədri, xanım Anna Brassör Ukraynada baş verən hadisələrə toxunub: "Mən xüsusilə Ukraynadakı vəziyyəti qeyd etmək istəyirəm. Ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Birliyinin əsas iş prinsiplərindədir. Məlum olduğu kimi Azərbaycanın da ərazi bütövlüyü pozulub. Bu ölkənin ərazi bütövlüyünün pozulması Avropa Birliyinin dəyərlərinə təhdiddir. Dağlıq Qarabağ problemi AŞ PA-nın əsas iş prinsiplərindən biridir. Azərbaycan və Ermənistan tərəfi bu problemin dinc yolla həll edilməsi barədə öhdəlik götürüb. Assambleya bu yolda hər iki tərəfə kömək etməyə hazırdır. Biz demokratiya, insan hüquqları və qanunun aliliyi çərçivəsində hərəkət edərək AŞ PA-nı daha da gücləndirə bilərik".