Oqtay Əsədov: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərə vicdanla əməl edib”
23 May 2014 12:35 Siyasət"Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri qanun çərçivəsində yerinə yetirir" . Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Daimi Komitəsinin iclasında deyən Milli Məclisin sədri Oqtay Əsədovun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdə ilk dəfədir quruma sədrlik edir: " Avropa Şurasının dəyərlərinin inkişafı üçün hər bir dövlət çalışır. Azərbaycan da Avropa Şurasına sədrliyin prinsiplərini elan edib. Bunlar korrupsiya ilə mübarizə, sosial sahə, təhsil, multikulturalizimdir. Azərbaycan Avropa Şurasına sədrliyi dövründə təşkilatların islahatlarının həyata keçirilməsinə kömək edəcək. Qarşıdakı 6 ay ərzində təkcə Bakıda 18 tədbir keçiriləcək. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərə vicdanla əməl edib. Hər kəsə məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. ATƏT-in Minsk qrupu 20 ildir Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə çalışır, ancaq bu sahədə heç bir irəliləyiş əldə edilməyib". "OLAYLAR"