“Mən bununla bağlı danışsam, hüquqi prosedurları pozmuş olaram”

AŞPA- nın Daimi Komitəsinin Milli Məclisdə keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov xarici parlamentarilərin suallarına cavab verib. AŞPA-nın iki deputatı Azərbaycanda insan haqları və siyasi məhbus məsələsinə toxunub. Onlardan biri qeyd edib ki, Amnesty İnternational siyahısında daxil edilmiş 18 siyasi məhbusun və o cümlədən İlqar Məmmədovun nə vaxt azad edilməsi nəzərdə tutulub. Nazir Elmar Məmmədyarov suala cavab olaraq bildirib ki, dünən Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı ilə tanış olub: "Mən nə baş verəcəyini deyə bilmərəm. Çünki bununla bağlı danışsam, hüquqi prosedurları pozmuş olaram. Ona görə imkan verək ki, hüquqşünaslar işləsinlər. Siz mənim çiynimə yük qoymaq istəyirsiniz ki, hüquqi prosedurlara müdaxilə edim. Amma xeyr, mən bunu etməyəcəm. Xarici işlər naziri kimi bunu edə bilmərəm. Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Bəli, çox yaxşıdır. Biz XİN olaraq bütövlükdə prosesi müşahidə edəcəyik". Digər deputat isə qeyd edib ki, Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqlarının yaxşılaşması üçün könüllü öhdəliklər götürüb. Avropalı deputat qeyd edib ki, Nazirlər Komitəsinə 6 ay müddətlik sədrlik bunun üçün yaxşı haldır. Məmmədyarov cavab verib ki, biz öhdəlikləri yerinə yetirəcəyik: "Biz bu prosesə başlamışıq. Heç kim deyə bilməz ki, hansı ölkədəki demokratiya yaxşıdır, hansında pisdir. İnsan hüquqları prosedur məsələləridir. Bunu üçün insanların düşüncəsini dəyişməyə ehtiyac var. Əsas odur ki, Azərbaycanda bu proses başlanıb və davam edir". "OLAYLAR"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00