Amerikalı həmsədrin təklifi milli maraqlara ziddir

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti Rusiyanın Krım tatarlarının milli müqəddaratını təyin etmə hüququna qarşı başlatdığı müdaxilələri qətiyyətlə pisləyib və dünya dövlətlərini Krım tatarlarının milli varlığına qarşı yönəlmiş Rusiya təhlükəsindən qorumağa və onları beynəlxalq hüquqla təmin olunan milli haqlarına həssaslıqla yanaşmağa çağırıb. Qurum Dağlıq Qarabağ probleminin həllinə dair ATƏT-in Minsk qrupunun amerikalı həmsədri tərəfindən irəli sürülən variantın heç də Azərbaycanın milli və dövlət maraqlarına uyğun olmadığını, əksinə təklif olunan variantda Ermənistana daha böyük üstünlüklər verildiyini diqqətə çatdırıb və Dağlıq Qarabağ probleminin ədalətlətli həllinin tapılmadığı halda Rusiyanın bu bölgədə daha da güclənməsi və daha böyük imperialist iddialarla çıxış etməsi faktı ilə qarşılanacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00