“Leyla Yunusun erməni tərəfinə məlumatlar ötürməsi heç kimə sirr deyil”

""Human Rights Watch" kimi  qurumlara Leyla Yunus kimilər yalan məlumatlar ötürürlər. Nə qədər ki, belələri var, bu cür hesabatlar da olacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı yap.org.az saytına verdiyi müsahibədə səsləndirib. Bildirib ki,  Leyla Yunusun torpalarımızın işğalında əli olması, erməni tərəfinə məlumatlar ötürməsi heç kimə sirr deyil: "Amma bütün hallarda, bu cür fəaliyyətlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil. Azərbaycan dövlətinə xələl gətirmək istəyən qüvvələr cavabını alacaq. Çünki Azərbaycan güclü dövlətdir". Millət vəkili deyib ki,  bu hesabatların arxasında Azərbaycanın inkişafını istəməyən, ermənipərəst qüvvələr dayanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00