VHP qurultaya hazırlaşır

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, iclasda ictimai-siyasi məsələlər və seçkilərlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının məruzəsi dinlənilib. Partiyanın keçdiyi yol və hazırkı məqamda tutduğu mövqedən danışan Sabir Rüstəmxanlı bildirib ki, hazırda milli birliyə daha çox ehtiyac var: Bələdiyyə seçkilərində iştiraka qərar verən Ali Məclis rayon təşkilat sədrlərinin iştirakı ilə müzakirələr aparıb. İclasda VHP-nin növbəti qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00