Türk Xalqlarının Qurultayı keçiriləcək

Qazaxıstanda Türk Xalqlarının Qurultayı keçiriləcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin üzvü, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin "OLAYLAR"-a bildirib ki, quruıltay may ayının 23-26-da baş tutacaq. Qazaxıstanın Türk Xalqları Assambleyasının təşkilatçılığı ilə baş tutacaq qurultayda bu ölkənin rəsmiləri, millət vəkilləri və KİV nümayəndələri də iştirak edəcək. Qurultayda iştirak etmək üçün Azərbaycan tərəfinə də dəvət gəlib. Ümumilikdə, Türk Xalqlarının Qurultayında bütün türkdilli respublikalar, eləcə də türk muxtar qurumları və topluluqlardan nümayəndə heyətləri iştirak edəcək. Qurultay çərçivəsində qonaqların Qzaxıstanın tarixi-mədəni abidələrinə səfərləri də təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00