Hollandiyada erməni təbliğatına qarşı etiraz aksiyası keçiriləcək
19 May 2014 13:19 Siyasətİyunun 1-də Hollandiyada yaşayan azərbaycanlılar və türklər etiraz mitinqi keçirəcəklər. Bu barədə məlumat "OLAYLAR"-a Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzindən daxil olub. Etiraz aksiyası Niderlandın Almelo şəhərində baş tutacaq. Məlumatda qeyd olunur ki, ermənilər Almelo şəhərində qondarma erməni soyqırımı abidəsi ucaldaraq Hollandiyada yaşayan Türk xalqını digər millətlərin yanında alçaltmaq istəyirlər. Biz də Türk və Azərbaycan diaspor təşkilatları olaraq tarixdə belə bir soyqırımın olmadığını dünyaya çatdırmaq üçün etiraz aksiyası keçirməyi nəzərdə tutmuşuq" Mitinqdə çoxlu sayda insanın iştirakı nəzərdə tutulub və aksiya iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı artıq müvafiq qurumlara məktub göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00