Parlamentin növbədənkənar sessiyası keçiriləcək
19 May 2014 12:56 SiyasətMilli Məclisin növbəti iclasının vaxtı məlum olub. "Daxili nizamnaməyə görə, parlament üzvlərinin üçdə iki hissəsinin imzası Milli Məclisin növbədənkənar yaz sessiyasının keçirilməsi haqda qərar verməyə yetərlidir". Bunu deyən deputat Zahid Orucun sözlərinə görə, bu, parlamentdə son illər ərzində formalaşmış bir ənənədir: "Bu dəfə də belə olacaq. Növbədənkənar iclasların davam etdirilməsi haqqında ümumi bir mövqe var. Yaxın günlərdə bu qərar tam olaraq açıqlanacaq. Spiker Oqtay Əsədova ünvanlanan və parlament üzvlərinin böyük əksəriyyətinin imzaladığı müraciət artıq qəbul olunub". Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası may ayının 30-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00