Prezident İlham Əliyev Vyetnama dövlət səfərinə gəlib (FOTO)
19 May 2014 10:41 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlib.Trend xəbər verir ki, Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.Sonra qısa protokol söhbəti olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00