Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər
16 May 2014 18:59 SiyasətErmənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədiblər. Bu barədə APA-nın Qarabağ bürosuna Tərtərin Həsənqaya kəndində məskunlaşan məcburi köçkünlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, erməni hərbçiləri Umudlu-Ağdərə yolunun sağ tərəfində - keçmiş Ağdərə rayonunun Çardaqlı kəndi yaxınlığında kolluqlara od vurublar. Yanğın yol boyunca təxminən 3 kilometr ərazini əhatə edib.
Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədirlər.
Nəticədə fauna və floraya ciddi zərər dəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00