Millət vəkili seçicilərinin problemini baş nazirə çatdırdı

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə baş nazir Artur Rəsizadə ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə millət vəkili öz facebook statusunda yazıb. Aydın Mirzəzadə qeyd edib ki, baş nazirdən deputat seçildiyi Mingəçevir şəhər seçicilərinin üzləşdiyi problemin həllinə köməklik göstərməyi xahiş edib. Hökumət rəhbəri isə öz növbəsində millət vəkilinə sözügedən problemin həllinə köməklik göstərəciyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00