ATXƏM-dən başsağlığı mesajı
16 May 2014 18:10 SiyasətAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Türkiyənin Manisa vilayətinin Soma bölgəsində baş vermiş faciə ilə bağlı Türk xalqına başsağlığı ünvanlayıb. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilir ki, ATXƏM çoxsayli insan ölümü ilə nəticələnmiş faciədə həlak olanların ailələrinə və yaxınlarına Allahdan səbr diləyib, zərər çəkənlərə isə şəfa arzulayıb: "Allah bir daha Türk xalqına və Türk millətinə belə bir faciə qismət etməsin. Uca Türk millətinin başı sağ olsun". Məktubda o da vurğulanır ki, Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır, bundan sonra da bu birlik, bərabərlik davam edəcək: "Azərbaycan xalqı da faciədə həlak olanların yaxınlarının acısına şərik çıxır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir".