Küveytdə “İlham Əliyev - Bioqrafiya davam edir…” adlı kitabın təqdimat mərasimi keçiriləcək
16 May 2014 17:25 SiyasətMilli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov mayın 18-dən 22-dək Küveyt Dövlətində səfərdə olacaq. MM-dən verilən məlumata görə, Küveytin "Suad Əl-Sabah" nəşriyyat və yayım evində Azərbaycan səfirliyinin təşəbbüsü ilə deputat-yazıçının müəllifi olduğu "Görkəmli adamların həyatı" silsiləsindən ərəb dilində çapdan çıxmış "İlham Əliyev - Bioqrafiya davam edir..." adlı kitabının təqdimat mərasimi keçiriləcək.
Küveytin tanınmış ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə millət vəkili görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verəcək, fikirlərini bölüşəcək.