AMİP sədri Türkiyə səfiri ilə görüşüb
16 May 2014 17:24 SiyasətAzərbaycan Milli İstiqlal Partiyası Soma faciəsilə bağlı Türkiyə xalqına başsağlığı ünvanlayıb. Partiyadan "OLAYLAR"-a daxil olan məktubda bildirilir ki, yaşanan faciə bizi bizi çox sarsıdıb. Hər bir ailənin dərdini öz dərdimiz , həyatını itirənləri isə öz doğmalarımız kimi qəbul edirik. Bütün Türk xalqına səbr diliyərək dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirik.Eyni zamanda AMİP sədri Yusif Bağırzadə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkununla görüşündə partiya adından bir daha başsağlığı verərək bu faciəvi gündə türk xalqının yanında olduğunu və dərdlərini bölüşdüyünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00