Ermənilər Azərbaycanda məskunlaşır
"Bu beynəlxalq konvensiyalara ziddir"
16 May 2014 16:59 SiyasətBir müddət əvvəl Suriyalı qaçqınların Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılma xəbərini vermişdik. Bu məsələ ilə bağlı vitse-spiker Bahar Muradova da açıqlama verib. B.Muradova Suriyadan gələn erməni əsilli köçkünlərin, dünyanın başqa ölkələrindən gələn ermənilərin məcburi qaydada Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdığını bildirib.
"Bu beynəlxalq konvensiyalara ziddir. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında qaldırılıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri Laçın və Kəlbəcərə səfər edəcəklər. Düşünürəm ki, söylədiklərimizə bir daha yerində əmin olacaqlar və bu faktlar onların hesabatlarında əksini tapacaq". ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00