ADP və VİP arasındakı danışıqların məzmunu açıqlandı

Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında bu partiyanın rəhbərliyi ilə, Vətəndaş və İnkişaf Partiyasının rəhbər şəxsləri arasında görüş keçirilib. ADP-dən "OLAYLAR"-a bildirilib ki, görüşdə respublikada ictimai siyasi vəziyyət və siyasi partiyalar arasında əməkdaşlıq mövzusunda geniş fikir mübadiləsi aparılıb. Toplantı zamanı ölkə və yaşadığımız bölgədə baş verən son siyasi hadisələrin Azərbaycana təsiri dəyərləndirilib, hadisələrin diqqətlə izlənməsinin vacibliyi qeyd olunub və  Azərbaycanın siyasi qüvvələrinin milli maraqlar baxımından yaxından əməkdaşlıq etməsinin zəruriliyi bir daha vurğulanıb. Toplantıda həmçinin ADP-VİP əməkdaşlığına dair ötən həftə bəzi media qurumlarında yayılmış yanlış məlumatlar təkzib edilib və aparılan danışıqların məqsədinin hər iki partiyanın yaxın keçmişdəki əməkdaşlıq təcrübəsinin uyğun formatda davam etdirilməsi olduğu qeyd edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00