“Qarabağ” bloku Azərbaycanda Rusiya pasportlarının verilməsini pisləyir

Azərbaycan Demokrat Partiyasının Mərkəzi Qərargahında "Qarabağ" blokunun iclası keçirilib. "OLAYLAR"-a daxil olan məlumata blok iştirakçıları  Rusiya Dövlət Dumasında keçmiş SSRİ vətəndaşı olmuş hər bir kəsə vətəndaşlıq hüququnun verilməsi ilə bağlı qəbul edilən qərardan sonra Quba və Xaçmaz rayonlarında bir sıra vətəndaşların Rusiya pasportu almaq cəhdləri ilə əlaqədar mətbuatda gedən informasiyadan ciddi narahat olduğunu bildirib. Qurum bu faktın arxasında xarici ölkələrdə yaşayan Rusiya vətəndaşlarının hüquqlarının pozulması adı altında Rusiyanın həmin ölkələrə intervensiya siyasətinin durduğunu bir daha diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00