Demokratik Qüvvələr Birfliyi toplandı

Aprelin 30-da Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, iclasda regionda geopolitik vəziyyət, Ukrayna böhranı və onun Azərbaycana təsiri, ölkədə demokratiya və insan haqları ilə bağlı yaranmış mövcud durum əsas müzakirə mövzusu olub. Quruma daxil olan partiya sədrləri hər iki mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıb, yaranmış situasiya ilə bağlı ciddi narahatçılıqlarını ifadə ediblər. Qərara alınıb ki, bu istiqamətdə geniş tədbirlər planı hazırlanıb həyata keçirilsin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00