“Leyla Yunus milli maraqları maddiyat qarşılığında satıb”

Vüqar Qədirov: “Azərbaycana anti-demokratik don geyindirmək üçün daim bu insanlardan istifadə ediblər”

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ətrafında yaranmış gərginliyə münasibət bildirib. V.Qədirov qeyd edib ki, Leyla Yunusun Fransaya qaçmağa cəhd göstərməsinin əsl səbəbi onun iç üzünün açılması ilə əlaqədardır. Şura üzvünün sözlərinə görə, artıq onlar uzun illər Azərbaycanın milli dövlət maraqlarına zərbə vururlar, "xalq diplomatiyası" adı altında paytaxt Bakıda Ermənistanın təbliğatını aparırlar. Vüqar Qədirov hesab edir ki, Azərbaycanı təslimçi sülhə cəlb etmək istəyən beynəlxalq təşkilatların əllərində alətə çevriliblər: "Bu tip adamların faəliyyətləri Azərbaycanın dövlətçiliyinə qarşı təhdid xarakterli olub. Azərbaycana anti-demokratik don geyindirmək üçün daim bu insanlardan istifadə ediblər. Gah siyasi məhbus, gah Dağlıq Qarabağ məsələlərində "xalq diplomatiyası" adı altında fəaliyyətləri olub. Bu gün də ifşa olunduqları üçün Azərbaycanı tərk etmək istəyirdilər. Azərbaycan qanunlarına saymazyana yanaşması, xaricdəki təşkilatlara güvənərək milli maraqları müəyyən maddiyyat qarşılığında satması və Azərbaycan dövlətinin, xalqının əleyhinə yönələn fəaliyyətinə qarşı hüquq mühafizə orqanları, həm də cəmiyyət göz yummamalıdır. Hüquq mühafizə orqanları bu tip insanların ətrafında nəzarəti gücləndirməli və ciddi axtarışlar aparmalıdırlar". Vüqar Qədirov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan Fransa həm də Ermənistanın əsas havadarıdır: "Keçmiş prezident Sarkozinin dilindən belə bir ifadə işləndi ki, Ermənistan Fransanın bacısıdır. "Fransanın bacısı"na dəstək verən Leyla Yunusun bu ölkə tərəfindən dəstəklənməsi birmənalı qarşılanmalıdır. Bunların hamısı bir şəbəkə halında Azərbaycana qarşı fəaliyyət göstərirlər. Münaqişənin həllində Ermənistana istənilən köməyi edən Fransa Leyla Yunus kimi adamların əlilə öz niyyətlərinə çatmaq istəyir. Mən də xalq diplomatiyası ilə məşğul olacam. Xocalı Soyqırımının qisasını, Dağlıq Qarabağı geri alıb Ermənistanla barışandan sonra xalq diplomatiyası ilə məşğul ola bilərəm. Bizim fəaliyyətimiz Leyla Yunus və Dağlıq Qarabağ münaqişəsinin həllinin başında dayanan dövlətlərdən bu istiqamətdə fərqlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00