Leyla Yunusun evindən erməni vizit kartları çıxdı

Hüququ müdafiəçisi və onun ərinin şahid qismində dindirilməsilə bağlı proses gecəyədək davam edib

"Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və onun ərinin şahid qismində dindirilməsilə bağlı proses bu gecəyədək davam edib. Bir gün əvvəl hava limanında ölkədən çıxmağa cəhd edən bu cütlüyün evində və ofisində axtarış aparmaq mümkün olub.

Qeyd edək ki, onların dindirilməsi dövlətə xəyanət və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamları ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar olub.
Ötən axşam "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusun ofisində və evində axtarış aparılıb. Prokurorluq əməkdaşları əvvəlcə institutun ofisi kimi istifadə olunan Nizami küçəsi, 63 ünvanında axtarış həyata keçiriblər. Prosesdə hal şahidləri, Leyla Yunusun özü və vəkili də iştirak edib. Ofisdəki axtarış iki saata yaxın davam edib. Axtarış başa çatdıqdan sonra Leyla Yunus jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun müəllifi olduğu kitabları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər.
Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün Leyla Yunusun yaşadığı evə gediblər. Axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunusun özü, vəkillər Xalid Bağırov və hüquq müdafiəçiləri iştirak ediblər. Təxminən saat yarımlıq axtarışdan sonra prokurorluq əməkdaşları hüquq müdafiəçisinin evini tərk ediblər.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00