YAP Gənclər Birliyi yubiley tədbirlərinə start verib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ümumilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbirlərə start verib. "OLAYLAR"-in xəbərinə görə, Heydər Əliyev irsinin araşdırılması və gənc nəslə öyrədilməsi məqsədilə "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda həm Bakı şəhərində, həm də regionlarda konfranslar keçirilməyə başlanıb. Növbəti konfrans Sabirabad rayonunda keçirilib. Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və digər rəsmi şəxslər, həmçinin Salyan, Neftçala, Şirvan, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayonundan olan gənclər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00