İtaliyanın “Uni mondo” portalı Heydər Əliyev Fondundan yazıb
30 Aprel 2014 12:40 Siyasətİtaliyanın "Uni mondo" portalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarında aparılan bərpa işlərindən yazıb. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, məqalədə İtaliyanın mühüm tarixi abidələrindən hesab olunan və uzun müddətdir bərpasına ehtiyac duyulan Roma katakombalarının bərpası ilə bağlı sazişin 2 il əvvəl Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalandığı xatırladılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumatın əks olunduğu yazıda bildirilir ki, Fondun fəaliyyətində əsas yerlərdən birini Azərbaycanın dünyada təbliği tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00