Mayda böyük əfv olacaq

"May ayında böyük əfv olacaq". Bunu Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, hazırda əfv siyahısı üzərində iş gedir. Əfv sərəncamının Heydər Əliyevin ad günü, ya da Respublika Günündə imzalanacağı gözlənilir. "May ayında böyük əfv və ya amnistiyanın olacağı gündəmdədir.

Hüquq müdafiəçiləri olaraq biz də müraciətlərimizi etmişik.Siyahıya "OMON"-dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, "NİDA"çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahisına düşsün", - deyə hüquq müdafiəçisi bildirib.

Sabiq millət vəkili Gülər Əhmədovanın da əfv üçün müraciət edib-etməməsinə gəlincə, N. Cəfəroğlu bildirdi ki, onun məhkəməsi davam etdiyindən bu məsələ gündəmdə deyil. "Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onun siyahıya daxil edilməsi nəzərdən keçirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00