Nazir ermənilərin Azərbaycan ərazilərindən çıxarılmasından danışdı
29 Aprel 2014 14:59 SiyasətNazir Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində Macarıstanın Xarici İşlər Naziri Janos Martonyi ilə görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüş əsnasında Azərbaycan Respublikası ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üçün aparılan danışıqlar barəsində məlumat verib. O, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. ans