Leyla Yunus Mirqədirovun həbsində niyə maraqlıdır?
SDİ rəhbəri açıq şəkildə jurnalistin Ermənistanla əlaqəsinə kömək etdiyini bildirdi
28 Aprel 2014 18:36 Siyasət2010-cu ildən Türkiyədə yaşayan jurnalist, "Ayna-Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov bu ölkədən ekstradisiya edildi. Jurnalist Azərbaycana gələrkən Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs edildi. Baş Prokurorluq dərhal R.Mirqədirovun həbsi ilə bağlı yaydığı məlumatda bildirdi ki, jurnalist Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Rauf Mirqədirov şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində (dövlətə xəyanət) nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçildi. Hazırda istintaq tədbirləri davam etdirilir. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Mirqədirovun həbsinə ilk reaksiya verən şəxslərdən oldu. L.Yunus jurnalistə verilən ittihamın ona da aid olduğunu bildirdi: "Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir". Leyla Yunus Rauf Mirqədirovun niyə həbs olunduğunu anlamadığını dedi: "Gəlib məni həbs etsinlər". Lakin çox keçməmiş Leyla Yunus nədənsə, Rauf Mirqədirovu müdafiə etməkdən imtina edir. SDİ rəhbəri artıq jurnalistlərin Mirqədirovla bağlı suallarına "Daha ciddi işlərlə məşğulam" deyərək cavab verməkdən boyun qaçırır.
Üzün erməni tərəfi
Əlbəttə ki, Leyla Yunusun çox əvvəl ehtirasla müdafiə etdiyi jurnalisti müdafiə etməkdən imtina etməsinə tutarlı səbəb olmalıdır. Digər tərəfdən də bu Leyla xanıma yad olan sima deyil. SDİ rəhbəri uzun illər Ermənistan və Azərbaycana düşmən mövqeyində dayanan digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Heç kəsə sirr deyil. Ermənilərin isə gəmidə oturub gəmiçiyə "Gəmi mənimdir" demək kimi bir xisləti var. Yəni ki, siyasətdən başı çıxmasa da Leyla xanım keçən illər ərzində erməniliyi yaxşı öyrənib. Bu vaxt ərzində o, bəzi vətəndaşları ətrafına cəlb etməkdən də çəkinməyib. Rauf Mirqədirov da Leyla Yunusun qurduğu tələyə düşənlərdən biridir. SDİ rəhbəri açıq şəkildə Rauf Mirqədirovun Ermənistanla əlaqəsinə kömək etdiyini bildirdi. Lakin çox keçməmiş Mirqədirovun əsl siması üzə çıxdı və həbs edildi. Təbii ki, bundan sonra jurnalist Leyla xanımın işinə yaramayacaqdı. Xanım isə əsl erməni üzünü çevirərək Mirqədirovdan imtina etdi. Çünki adı çəkilən jurnalist dövlətə xəyanətdə ittiham edilir. Cəzası ağırdır. Azad olmaq şansı da aşağıdır. R.Mirqədirov çıxılmaz vəziyyətdədir, belə halda o, xanım Yunusa kömək edə bilməyəcəkdi. Ona görə də xanım jurnalistin müdafiəsindən imtina edir. Mümkündür ki, Leyla Yunus bir də Rauf Mirqədirovun həbsindən şəxsi mənfəəti üçün istifadə edəcək. SDİ-yə xarici dövlətlər tərəfindən ayrılan qrantları mənimsəmək istəyən L.Yunus məhz jurnalistin həbsində maraqlıdır. R.Mirqədirovun yoxluğunda isə Leyla Yunus xidmət etdiyi xarici dairələrin nəzərində "nüfuz"unu bir qədər də artırmağa çalışacaq. Çünki Rauf Mirqədirov da həmin dairələrdə "böyük hörmət"ə sahib idi. İndi isə həmin meydan Leyla Yunusun öhdəliyinə qalıb. Əsas köməkçilərindən biri olan R.Mirqədirovun həbsi SDİ rəhbərinin pul kisəsini bir qədər də dolduracaq. Xanım Yunus həbsdən maksimum istifadə edərək, yeni "super agent" axtarışına çıxacaq. Sözsüz ki, bu iş üçün Leyla Yunus həmin dairələrdən külli miqdarda maddi vəsait tələb edə bilər. Hətta bu mümkündür. Bir sözlə həbs edilən Mirqədirovun lazımsızlığı, xarici dairələrdən ayrılan qrantları təkbaşına yemək xisləti, "nüfuz" qazanmaq məsələsi, həm də üzün erməni tərəfi Leyla Yunusu susdurur.
Mənsur Rəğbətoğlu