“Ruslar çeçen əsirliyində zarıdıqlarını unutdular”
Ərəstun Oruclu: “Rusiyanın siyasəti artıq küçə səviyyəsinə düşüb”
28 Aprel 2014 18:33 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Rusiyanın Ukraynaya yönəlik siyasətinə şərh verib. Ə.Oruclu hesab edir ki, Rusiya siyasəti artıq rəsmən küçə səviyyəsinə düşüb: "Donetskdə "yerli özünümüdafiə qüvvələri" adlanan və əslində isə Rusiya hərbi kəşfiyyatının əməkdaşlarından ibarət olan terrorçulardan biri ələ keçirilmiş, döyülmüş, işgəncələr verilmiş Ukrayna zabitlərini göstərib, Rusiya telekameraları qarşısında lovğa-lovğa deyir: "Peşəkarlıqları çox aşağı, igidlikləri isə sıfırdır". Bunlar əfqan əsirliyində qorxudan dinlərini, adlarını dəyişdiklərini, çeçen əsirliyində zarıyaraq ağladıqlarını nə tez unutdular?". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00