Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində seminar keçiriləcək
28 Aprel 2014 16:41 Siyasət29 aprel tarixdə Brüsseldə (Belçika) Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində seminar keçiriləcək. Regional və Beynəlxalq Təhsilə Dəstək Mərkəzi (CeRİSS, Yunanıstan) və Şərq tərəfdaşlıq ölkələrinin elm, texnika və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq şəbəkəsi tərəfindən təşkil olunan seminarda İncoNet çərçivəsində müxtəlif görüşlər keçiriləcək.
Seminarda AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Firuzə Xəlilova iştirak edəcək.
Tədbirdə Belarus, Gürcüstan, Avstriya, Moldova, Yunanıstan, Fransa, Çexiya, Almaniya, Latviya, Finlandiya və digər ölkələrdən mütəxəssislərin iştirakı gözlənilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00